Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər görkəmli alim İbn Şəhraşuba həsr olunmuş beynəlxalq konfransa müraciət etdi

Bu gün (çərşənbə günü) səhər böyük şiə alimi İbn Şəhraşub Mazandaraninin xatirəsinə həsr olunmuş beynəlxalq konfransda Ayətullah Rəsuli Məhəllati tərəfindən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin konfransın təşkilatçı rəsmiləri ilə 01. 07. 1392-ci il tarixdə (23.09.2013) baş tutan görüşü zamanı söylədiyi nitqin mətni oxundu.

Ali Məqamlı Rəhbər öz nitqində İbn Şəhraşub Mazandaranini fiqh, hədis və ədəbiyyat sahələrində ensiklopedik biliklərə malik, qürur və ibrətverici bir şəxsiyyət adlandıraraq deyir: “Ölkə tarixindəki parlaq elmi simaların xatirəsinin uca tutulması elm adamlarımızı elmin zirvələrinə doğru daha da böyük səylə hərəkət etməyə təşviq edəcək”.

İbn Şəhraşubun “Mənaqib” kitabında çoxsaylı hədis və rəvayətlərin yer aldığına toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bütün bu rəvayətlərin sənədini və mənbəyini göstərmək hədislərin tarixinə və rical elminə bələd olan bir qrup elmli insanın həyata keçirməli olduğu böyük və əhəmiyyətli bir işdir”.





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /