Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Soyuq müharibə meydanı Əmmarsayağı gözüaçıqlıq və Malik Əştərsayağı mətinlik tələb edir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei inqilabi əhval-ruhiyyəli tələbə təşkilatlarına ünvanladığı şifahi müraciətdə qeyd edir ki, soyuq müharibə arenası Əmmarsayağı gözüaçıqlıq və Malik Əştərsayağı mətinlik tələb edir. O həmçinin soyuq müharibənin gənc zabitlərinə xitabən aşağıdakıları vurğulayır: “İmperializm sistemi ilə mübarizə aparmaq üçün bütün güc və imkanlarınızı səfərbər edin və bu yolda Uca Yaradanın vədlərinə əmin olun”.

Ali Rəhbərlik Məqamının Universitetlərdəki Nümayəndəlikləri Qurumunun sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədiyan tərəfindən bu gün (çərşənbə) günü səhər Müstəqil İslami Tələbə Təşkilatları Alyansının ümummilli qurultayında oxunmuş müraciətin tam mətni aşağıdakından ibarətdir:

İnqilabçı ruhlu övladlarıma salamımı yetirin, İmam Xomeyni (r.ə) və İslam İnqilabının amallarının təbliği və qorunması yolunda göstərdikləri cihad əzmli səylərinə görə mənim adımdan təşəkkürümü bildirib, aşağıdakı bir neçə məqamı onların diqqətinə çatdırın:

1. Elmlərə yiyələnməklə yanaşı, gəncliyin sizə qazandırdığı dəyərli fürsətdən nəfsinizi saflaşdırmaq, Uca Yaradanla mənəvi ünsiyyət qurmaq, Quran və Əhli-Beyt (ə) maarifi ilə dərindən tanış olmaq üçün bəhrələnin;

2. Siz soyuq müharibənin gənc zabitlərisiniz, soyuq müharibə meydanı isə Əmmarsayağı gözüaçıqlıq və Malik Əştərsayağı mətinlik tələb edir. Bütün varlığınızla özünüzü bu meydana hazırlayın;

3. İmperializm sistemini bütün aspektləri və layları ilə tanıyın, onun faktiki hədəf və strategiyalarını dəqiqliklə analiz edin, onunla mübarizə aparmaq üçün bütün güc və potensialınızı səfərbər edin və bu yolda Allah-Taalanın vədlərinə əmin olun;

4. Bir təşkilat insan üçün məbəd ola bilər, amma məbada məbuda çevrilə. Üzvü olduğunuz təşkilatın çərçivəsində öz mənəvi-ideoloji prinsip və dəyərlərinizi qoruyun, eyni zamanda üzvlər arasında birlik və səmimiyyəti daim önə çəkin;

5. Siz gənclərin önündə aydın üfüqlər var. Sizin bacarıqlı əlləriniz sayəsində bu ölkəni və bu inqilabı ümid dolu gələcək gözləyir. Səylərinizi daha da artırın, inkişaf və yüksəlişin zirvələrini fəth etmək üçün bir-birinizi qabaqlamağa çalışın.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /