Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Şəhid Kavənin atasının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhid komandir Mahmud Kavənin atasının vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əziz şəhidlərimizdən olan keçmiş döyüş komandiri Mahmud Kavənin atası, mənim hələ inqilabın qələbəsindən illər öncə münasibətdə olduğum, inqilabi ruhiyyə və stimula malik bir insan kimi tanınan Hacı Məhəmməd Kavənin vəfatı ilə əlaqədar olaraq, mərhumun möhtərəm ailə üzvlərinə, bütün qohum-əqrəbasına və dostlarına başsağlığı verir, Uca Allahdan ruhuna ilahi əcr və mükafat diləyirəm.

Seyid Əli Xamenei
25 isfənd 1392-ci il
16 mart 2014-cü il






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /