Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Mələkutinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Mələkutinin vəfatı ilə bağlı etdiyi rəsmi müraciətdə bu aliqədr alimin dünyadan getməsi ilə əlaqədar olaraq, onun ailə üzvlərinə, tələbələrinə və dostlarına, eləcə də bütün Azərbaycan əhalisinə başsağlığı verir.

Müraciətin tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Teoloji sferanın mübariz din alimlərindən olan, İslam İnqilabı və İslam Respublikası yolunda uzun illər çalışaraq xidmət göstərmiş aliqədr alim Ayətullah Hacı Şeyx Müslim Mələkutinin vəfatı ilə əlaqədar olaraq, mərhumun ailə üzvlərinə, tələbələrinə və ona mənən yaxın olmuş hər kəsə, eləcə də bütün Azərbaycan əhalisinə, Qum Teoloji Mərkəzinin böyük mərcə-təqlidlərinə və dəyərli alimlərinə başsağlığı verirəm. Bu mücahid alimin Qum Müdərrislər Cəmiyyətinin diktatura dövründə apardığı siyasi fəaliyyətlərdə fəal iştirakı, daha sonra isə qəhrəman Təbriz şəhərinin imam-cüməsi postunda göstərdiyi xidmətlər, Müqəddəs Müdafiə səngərlərində döyüşən insanlara havadarlıq edərək dəstək olması, inşallah ki, İslam İnqilabının yaddaşından, eləcə də Tanrı dərgahındakı əməl dəftərindən heç vaxt silinməyəcək bir tarixdir. Uca Yaradandan mərhumun ruhuna rəhmət, bağışlanma və dərgahında ən ali dərəcələri nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei
4 ordibeheşt 1393-cü il
24 aprel 2014-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /