Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İslami Tələbə Təşkilatları Alyansının Hindistan yarımadasında keçirilən 30-cu qurultayına müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Tələbə Təşkilatları Alyansının Hindistan yarımadasında keçirilən 30-cu illik qurultayına ünvanladığı müraciətdə aşağıdakıları vurğulayır: “Düşünmək, elmi biliklərə yiyələnmək, dindarlıq və təmiz əxlaq tələbə və gənclərin gələcəyin quruculuğunda önəmli rolunu qarant altına alan başlıca elementlərdir”.

Bu gün (şənbə günü) səhər Hindistanın paytaxtı Nyu Dehlidəki Mədəniyyət Mərkəzinin toplantı zalında Ali Məqamlı Rəhbərin Hindistandakı nümayəndəsi Höccətül-İslam vəl-muslimin Mehdəvipur tərəfindən oxunmuş müraciətin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əziz tələbə və gənclər!

Ölkəmizin gələcəyinə dikilmiş ümidli baxışlar daim sizə qarşı nikbin yanaşma ilə müşayiət olunur və bu ikisi ayrılmazdır. Sizlər İran xalqının dəyərli fidanlarısınız. Özünüzü və mövqeyinizi düzgün qiymətləndirin və ölkənin gələcəyində sahib olduğunuz rolu ciddiyyətlə qarant altına alın. Düşünmək, elmi biliklərə yiyələnmək, dindarlıq və təmiz əxlaq – o böyük hədəfi reallaşdıracaq əsas elementlər bunlardır.

Sizə salamlarımı göndərir, sizin üçün dualar edirəm.

Seyid Əli Xamenei
25 ordibeheşt 1393
17 may 2014


        Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /