Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Deheştin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei daim xalqın xidmətində olan, ixlaslı ruhani Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Rza Deheştin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Köhnə dostum Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Rza Deheştin dünyadan getdiyi barədə xəbəri sonsuz təəssüf və kədər hissi ilə qəbul etdim. Bu ixlaslı ruhani öz şərəfli ömrünü başdan-başa İslam dininin hədəflərinə xidmətə, dinin, əxlaq və mənəviyyatın təbliğinə həsr etdi, heç bir iddia və təvəqqe güdmədən bir sıra vəzifələrdə, xalqa xidmət postlarında çalışdı. Bu böyük alimlə dost-yoldaş olduğum uzun illər ərzində daim onu təqvalı, sidq ürəkdən imanı olan, dəyanətli bir insan kimi tanımışam. Ümidvaram ki, Uca Yaradan onun ruhunu öz fəzl, rəhmət və xoş müjdəsinə layiq görəcək.

Mərhumun ailə üzvlərinə və övladlarına, dostlarına, ona mənən bağlı olan hər kəsə başsağlığı verir, Allahdan səbir və əcr diləyirəm.

Seyid Əli Xamenei
28 ordibeheşt 1393
18 may 2014


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /