Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər adsız şəhidlərin analarına müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Tehranın bütün mədəniyyət evlərində keçiriləcək “Gözü yolda qalan analar” adlı xüsusi tədbirlə əlaqədar olaraq, adsız şəhidlərin analarına sonsuz hörmət və qədirdanlıq ifadə etmək məqsədilə bu böyük ürəkli analara rəsmi müraciət etdi.

Ali Məqamlı Rəhbərin öz əli ilə yazdığı müraciət məktubunun tam mətni aşağıdakı kimidir:

Allahın adı ilə!

Sevimli ciyərparələri bu dünyadan köçdükdən sonra ümidini onların pak nəşindən qalan hansısa nişanəyə bağlayıb onu da əldə edə bilməyən, lakin bütün bunlara baxmayaraq, öz səbri və dözümlülüyü ilə vətənpərvərlik ruhunun gücləndirilməsində misilsiz və müstəsna rol oynayan böyük ürəkli və səbirli analara Qüdrətli və Mehriban Allahın salamı olsun! Onların bu böyük səbrinin mükafatı gözlərinin ilahi rəhmət müjdəsi ilə işıqlanması olacaqdır, inşallah!

Seyid Əli Xamenei
17 mordad 1393
7 iyun 2014



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /