Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədtəqi Nəsirinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli din alimi, Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədtəqi Nəsirinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Şərəfli ömrünü dini maarifləndirməyə, Quranın təbliğinə və insanların doğru yola istiqamətləndirilməsinə sərf etmiş, dini elmlərin tədrisi sahəsində canıyananlıqla çalışaraq gözəl tələbə və ruhanilər yetişdirmiş görkəmli alim, Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədtəqi Nəsirinin (Allah ona rəhmət etsin) vəfatı ilə əlaqədar olaraq,  Simnan Teoloji Mərkəzinə, o diyarın möhtərəm ruhani ictimaiyyətinə, mərhumun ailə üzvlərinə, dostlarına və ona mənən bağlı olmuş hər kəsə başsağlığı verir, Allahdan dünyadan köçmüş bu xoşbəxt bəndəsinə rəhmət və bağışlanma diləyir, Qiyamət günü ilahi övliyalar, xüsusilə də şəhid övladı ilə birlikdə məhşur olmasını arzu edirəm.

Seyid Əli Xamenei
24 şəhrivər 1393
15 sentyabr 2014



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /