Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Rəhbərlik Məqamı xalqa təşəkkür etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin xəstəxanada müalicə kursu keçib tam sağlamlığına qovuşmasından sonra Ali Rəhbərlik Məqamının Baş Ofisi elamnamə ilə çıxış etmişdir. Elamnamədə şərəfli və inqilabçı İran xalqına, din alimlərinə, görkəmli şəxsiyyətlərə, ölkə daxilində və xaricdə fəaliyyət göstərən rəsmilərə dönə-dönə təşəkkür bildirilərək vurğulanır: “Səmimiyyət və saf niyyətlə büruzə verilən bu emosiyalar xalqın İslam İnqilabına, onun əzəmətli və əziz Rəhbərinə olan sevgi və bağlılığını bir daha möhtəşəm və vəsfəgəlməz bir şəkildə nümayiş etdirdi”.

Elamnamənin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri cərrahiyyə əməliyyatı üçün xəstəxanaya yatırıldıqdan sonra ölkənin dörd bir yanında mömin, şərəfli və inqilabçı İran xalqı Uca Tanrıya səmimi-qəlbdən, saf niyyətlə dua və yalvarışlar etməklə, təvəssül mərasimləri qurmaqla, sevgi və emosiyalarla dolu saysız-hesabsız ismarışlar göndərməklə İslam İnqilabına, onun əzəmətli və əziz Rəhbərinə olan sevgi və bağlılığını bir daha möhtəşəm və vəsfəgəlməz bir şəkildə nümayiş etdirdi.

Xalqın, onun arasında olan əməlisaleh və xeyirli bəndələrin dualarının bərəkəti sayəsində, nəhayət ki, Ali Məqamlı Rəhbər tam sağlamlığına qovuşaraq xəstəxananı tərk etdi. Vahid Allahın qarşısında sonsuz şükürlərlə səcdə edir, mömin və qədirbilən İran xalqına, özəlliklə də mərcə-təqlidlərə, dəyərli din alimlərinə və ruhanilərə, hakimiyyətin 3 qolunun başında duran möhtərəm rəsmilərimizə, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın çox hörmətli sədrinə, digər dövlət və ordu rəsmilərinə, dini və siyasi qurumlara, inqilabi və tələbə təşkilatlarına, şəhid ailələrinə, əlil və veteranlara, universitetlərimizdə çalışan alim və ziyalılara, incəsənət xadimlərinə, idmançılara – bir sözlə xəstəxanaya gəlib ziyarət etmək, nümayəndə heyəti göndərmək, yaxud sevgi dolu ismarışlar çatdırmaqla lütfkarlıq nümayiş etdirmiş, xəstəxanaya gəlmək istədiyini bildirmiş hər kəsə, eləcə də islami müqavimət hərəkatlarının liderlərinə, xüsusilə də Livan Hizbullah Partiyasının  möhtərəm baş katibinə, ismarışlarında Ali Məqamlı Rəhbərin səhhətinin yaxşı olmasından sevinclərini ifadə etmiş ölkə başçılarına, İslam İnqilabı və İslam dövlətinin ölkə xaricindəki digər dostlarına səmimi-qəlbdən təşəkkür və minnətdarlığımızı bildiririk.

Son olaraq, Ali Məqamlı Rəhbərin əməliyyat olunduğu xəstəxanada çalışan, bu müddət ərzində öhdələrinə götürdükləri işi ən yüksək səviyyədə həyata keçirərək İran xalqını nigaranlıqdan qurtarmış tibbi heyətə, həkim və cərrahlara, kiçik tibb işçilərinə səmimi təşəkkürümüzü bildirir, Uca Allahdan böyük İran xalqına qürur və başucalığı, uğurlarının davamlı olmasını diləyirik.

Ali Rəhbərlik Məqamının Baş Ofisi
24 şəhrivər 1393
15 sentyabr 2014


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /