Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam Şeyx Möhsün Duaqunun vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzmkar və mübariz ruhani Höccətül-İslam Şeyx Möhsün Duaqunun vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Əzmkar və mübariz ruhani Höccətül-İslam Şeyx Möhsün Duaqunun (Allah ona rəhmət etsin) vəfatı ilə əlaqədar olaraq, mərhumun möhtərəm ailə üzvlərinə, həyat yoldaşına, övladlarına və digər qohum-əqrəbasına başsağlığı verirəm. İnqilabi mübarizə hərəkatı dövründə Məşhəddə gördüyü dəyərli işlər, inqilabdan sonra müxtəlif vəzifə postlarında göstərdiyi geniş əhatəli xidmətlər bu fəal ruhaninin həyat yolunun bir hissəsini təşkil edir və Allahın lütfü ilə, Həzrət Haqq tərəfindən qəbul olunaraq ilahi rəhmətin ona şamil olmasına yol açacaq.

Seyid Əli Xamenei
30 şəhrivər 1393
21 sentyabr 2014




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /