Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Adinəvəndin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei daim xalqa xidmət etmiş ruhani alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədrza Adinəvəndin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Daim xalqa xidmət etmiş ruhani alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədrza Adinəvəndin (Allah ona rəhmət etsin) vəfatı ilə əlaqədar olaraq, şeir və ədəbiyyatı dərindən bilən bu istedadlı müdərrisə mənən bağlı olan, onun elminin feyzindən faydalanmış hər kəsə, xüsusilə də mərhumun möhtərəm ailə üzvlərinə və qohum-əqrəbasına başsağlığı verirəm. Bu işgüzar alim dini və ictimai xidmət meydanında ahıl yaşlarına qədər fəallıq göstərək çalışdı. O böyük ruhaninin pak ruhuna Allahdan rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
31 şəhrivər 1393
22 sentyabr 2014



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /