Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə Həftəsi münasibətilə xalqa müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Müqəddəs Müdafiə Həftəsi və Veteranlar Günü ilə əlaqədar olaraq, bu gün (cümə axşamı) xalqa ünvanladığı müraciətdə aşağıdakıları vurğulayır: “İran xalqının 8 il davam etmiş müdafiə hərəkatı bir xalqın əzəmətini nümayiş etdirən xüsusiyyətlərin bir-biri ilə çulğaşmış kompleks məcmusudur. Müqəddəs Müdafiənin şəhadətləri və şəhidləri isə bu heyrətamiz məcmunun bütün digər təzahürlərdən daha artıq nəzərə çarpan parlaq cəhətidir”.

Ölkənin dörd bir yanında şəhid məzarlarını ziyarət mərasimlərinin keçirildiyi, şəhid məzarlarının təmizlənib ətirlənərək tər çiçəklərə qərq edildiyi bir gündə vəli-fəqihin Şəhid və Veteranlar Fondundakı nümayəndəsi Höccətül-İslam vəl-muslimin Şəhidi Molahati tərəfindən Tehrandakı “Beheşte-zəhra” şəhid məzarlığında oxunmuş müraciətin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İran xalqının 8 illik müdafiə hərəkatı bir xalqın öz tarixində nümayiş etdirə biləcəyi əzəmət və gözəlliklərin bir-biri ilə çulğaşmış məcmusudur. Şəhadət və şəhidlər isə dəyərli və görkəmli bir üzük daşı kimi, bu heyrətamiz məcmunun bütün digər təzahürlərdən daha çox nəzərə çarpıb diqqəti özünə cəlb edən parlaq cəhətidir. Bu gözəllik Allahın rizasına qarşılıq olaraq özündən və maddi həyatının bütün atributlarından keçməyi gözə almış, bu qürurverici yolda hər şeyini qurban vermiş insanların ixlasla etdiyi fədakarlığın məhsuludur.

Şəhid ailələrinin – şəhidlərin ata-analarının, həyat yoldaşlarının, övladlarının və digər yaxınlarının da – hər birinin bu mənəvi qürur və iftixarda öz payı var.

Bəşər cəmiyyətinin bu şanlı nümayəndələrinə Allahın, mələklərin və saleh bəndələrin salamı olsun!

Seyid Əli Xamenei
3 mehr 1393


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /