Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam Təqəvinin qızının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Səid Rza Təqəvinin qızının vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Seyid Rza Təqəvi,

Böyük təəssüf hissi ilə xəbər tutdum ki, qəlbiniz əziz qızınızın vəfatı ilə dağlanmışdır. Bu müsibət ilahi bir sınaqdır və inşallah Sizin, eləcə də həyat yoldaşınız və digər qohum-əqrəbanız üçün, böyük əcr mənbəyi olacaqdır. Hamınıza başsağlığı verir və Uca Yaradandan gözəl səbir diləyirəm. Allah rəhmət etsin!

Seyid Əli Xamenei
20 mehr 1393
12 oktyabr 2014



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /