Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər tanınmış təcvid və qiraət ustadlarından olan cənab İbrahim Purfərzibin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli təcvid və qiraət ustadlarından olan, Mövlayi adı ilə tanınmış cənab İbrahim Purfərzibin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Görkəmli təcvid və qiraət ustadlarından olan, çoxlu sayda Quran ustadları yetişdirmiş və bu sahədə dəyərli kitablar yazmış mərhum İbrahim Purfərzibin (Mövlayi) vəfatı ilə əlaqədar olaraq, ölkənin Quran ictimaiyyətinə, mərhumun saysız-hesabsız tələbələrinə, möhtərəm ailə üzvlərinə və qohum-əqrəbasına başsağlığı verir, Allah-Taaladan ona rəhmət və bağışlanma, Qiyamət günü Qurani-Məcidlə birgə məhşur olmağı diləyirəm.

Seyid Əli Xamenei
26 mehr 1393
18 oktyabr 2014




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /