Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Paraasiya oyunlarında qazandıqları uğurlara görə İran idmançılarını təbrik etdi

İran İslam Respublikasının əlil və fiziki qüsurlu idmançılarının Cənubi Koreyanın İnçeon şəhərində keçirilən Paraasiya oyunlarında müvəffəqiyyətli çıxışlarının ardınca Milli Paraolimpiya Komitəsinin sədri cənab Xosrovivəfa Ali Məqamlı Rəhbərə məktubla müraciət etmişdir. Məktubda o, İran idmançılarının 2014-cü il Paraasiya oyunlarında 120 medal qazandıqlarını qeyd edərək bu münasibətlə Ali Məqamlı Rəhbəri təbrik edir.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Xosrovi Vəfanın məktubuna cavab olaraq yazdığı təbrik məktubunda deyir: “Siz əzizlərimizin qürurverici uğurları məni həddən artıq sevindirdi. Hər birinizi ayrı-ayrılıqda salamlayıram”.

Ali Məqamlı Rəhbərin cavab məktubunun tam mətni:

Allahın adı ilə!

Siz əzizlərimizin qürurverici uğurları məni həddən artıq sevindirdi. Gənclərin istənilən sferada əzm və təpər nümayiş etdirməsi bu cür dəyərli nailiyyətlərin qazanılması ilə nəticələnir. Hər birinizi ayrı-ayrılıqda salamlayıram. Qəlbinizin din və mənəviyyata bağlı olmasının dəyərini bilin. Allah köməyiniz olsun!

Seyid Əli Xamenei
3 aban 1393
25 oktyabr 2014



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /