Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər cənab Məhəmməd Sərəfrazın Teleradio Təşkilatının sədri təyin olunması haqqında sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei yeni vəzifə təyinatı ilə bağlı imzaladığı sərəncamda yorulmaq bilmədən, canıyananlıqla göstərdiyi səylərə görə cənab İzzətullah Zərqamiyə təşəkkürünü bildirərək cənab Məhəmməd Sərəfrazı 5 il müddətinə İran İslam Respublikasının “Səda və sima” Teleradio Təşkilatının sədri təyin etdiyini bildirir.

Sərəncamda Ali Məqamlı Rəhbər həmçinin milli teleradionun İran İslam dövlətinin mədəni müstəqilliyinin, inqilabi ideologiyasının qorunması və inkişafında tarixi məsuliyyət daşıdığını qeyd edərək aşağıdakıları vurğulayır: “Mədəni dəyərləri, ictimai rəyi idarə etmək və istiqamətləndirmək çətin və həssas bir missiyadır. Bu missiyanın daşıyıcısı olan “Səda və sima”nın öhdəsinə ümumi bir universitet kimi, xalq arasında dini, əxlaqi dəyərləri, optimizm ruhiyyəsini, gözüaçıqlığı genişləndirmək, iranlı-müsəlman həyat tərzini yaymaq, ölkənin inkişafının hərəkətverici qüvvəsi olaraq, xalqın səfərbər edilməsi, həmçinin dövlətin makro-siyasətlərinin, “Perspektiv inkişaf planı”nın qarşıya qoyduğu hədəflərin təmin olunması və icrası işinə hərtərəfli və yenilikçi media dəstəyi vermək vəzifələri düşür”.

Sərəncamın tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Məhəmməd Sərəfraz,

Yorulmaq bilmədən, canıyananlıq və yenilikçi ruhla çalışan cənab İzzətullah Zərqaminin məsuliyyət müddətinin başa çatması ilə, Cənabınızın səriştə və bacarığını, milli teleradioda rəhbər vəzifələrdə uzunillik iş təcrübəsini, bu böyük və mühüm qurumla hərtərəfli tanışlığını nəzərə alaraq Sizi 5 il müddətinə İran İslam Respublikasının “Səda və sima” Teleradio Təşkilatının sədri təyin edirəm.

Mədəni dəyərləri, ictimai rəyi idarə etmək və istiqamətləndirmək çətin və həssas bir missiyadır. Bu missiyanın daşıyıcısı olan “Səda və sima”nın öhdəsinə ümumi bir universitet kimi, ən son, dərin mahiyyətli və peşəkar media fəaliyyətlərinə dayanaraq xalq arasında dini, əxlaqi dəyərləri, optimizm ruhiyyəsini, gözüaçıqlığı genişləndirmək, iranlı-müsəlman həyat tərzini yaymaq vəzifəsi düşür. Hazırkı etapda milli teleradionun daşıdığı tarixi məsuliyyət İran İslam dövlətinin mədəni müstəqilliyini, inqilabi ideologiyasını qoruyub saxlamaq və inkişaf etdirməkdir. İslam dövlətinin ali hədəflərinin gerçəkləşməsi üçün vacib amil olan cəmiyyətdəki fərdlərin milli əzmi, mənəvi və inqilabi ruh-yüksəkliyi insanların dərin məlumatlılığından,  geniş maariflənməsindən asılıdır və bunun üçün saf dini bilgilərin qaynaqları, İslam İnqilabını dəstəkləyən qəlbi stimul dolu ziyalılar ordusu ilə daim əlaqədə olmaq lazımdır. Ölkənin inkişafının hərəkətverici qüvvəsi olaraq, “Səda və sima” Təşkilatının öhdəsinə həmçinin xalqın səfərbər edilməsi, dövlətin makro-siyasətlərinin, “Perspektiv inkişaf planı”nın qarşıya qoyduğu hədəflərin təmin olunması və icrası işinə hərtərəfli və yenilikçi media dəstəyi vermək vəzifəsi də düşür. Bu böyük məsuliyyəti yerinə yetirməkdə milli teleradioya yardımçı olacaq ən mühüm strategiyalar hazırkı sərəncama əlavədə açıqlanır.

Son olaraq, vəzifə məsuliyyəti daşıdığı müddət ərzində milli teleradionun siyasi, ictimai və mədəni sferalarda effektiv rol oynaması istiqamətində diqqətəlayiq uğurların əldə edilməsinə nail olmuş cənab İzzəddin Zərqamiyə və həmkarlarına səmimi təşəkkürümü bildirirəm.

İslam İnqilabının əziz şəhidlərinin ailə üzvü olmaq şərəfini daşıyan Sizə Uca Tanrıdan Allahın mərhəmətinə dayanaraq bu həssas və mühüm vəzifəni yerinə yetirməkdə uğurlar diləyirəm. Sizin, eləcə də möhtərəm həmkarlarınız üçün dua edirəm.

Seyid Əli Xamenei
15 aban 1393
6 noyabr 2014


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /