Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinat haqqında sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab İzzətullah Zərqaminin Ali Mədəni İnqilab və Ali Kiberməkan Şuralarının üzvü təyin olunması haqqında sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Seyid İzzətullah Zərqami,

Mədəniyyət və İKT sahələrində uzunillik, uğurlu təcrübəyə malik olduğunuzu nəzərə alaraq, Sizi Ali Mədəni İnqilab və Ali Kiberməkan Şuralarının üzvü təyin edirəm. Hər iki sfera yüksək əhəmiyyət və həssaslıq kəsb etdiyi üçün ümidvaram ki, Siz bu inqilabi tendensiyaya malik, dəyərli qurumlarda müdrik, məsuliyyətli və effektiv rol oynayacaqsınız. Sizə işinizdə uğurlar diləyirəm.

Seyid Əli Xamenei
18 aban 1393
9 noyabr 2014


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /