Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Korrupsiyaya qarşı mübarizədə heç kəsi və heç nəyi nəzərə almadan qətiyyətli addımlar atmaq lazımdır

İİR prezidentinin birinci müavini cənab Cahangiri ölkədə “İdarəçilik sistemində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” adı altında ümummilli forumun keçirilməsi ilə bağlı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə məktub yazaraq ondan foruma rəsmi müraciət ünvanlamasını xahiş etmişdi. Ali Məqamlı Rəhbər cənab Cahangirinin məktubuna cavab olaraq, foruma rəsmi məktub ünvanlamışdır.

Həmin məktub bu gün (bazar ertəsi) səhər ölkə başçısının birinci müavini cənab Cahangiri tərəfindən forumun keçirildiyi məkanda – sammit salonunda oxundu.

Məktubun tam mətni:

“Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Sizin korrupsiyaya qarşı mübarizə təşəbbüsünüzü özü-özlüyündə təqdir edərək alqışlayıram, lakin bu və bu qəbildən olan forumlardan hansı möcüzəni gözləmək olar? Məgər vəziyyətin nə yerdə olduğu siz – hakimiyyətin 3 qolunun rəsmiləri üçün aydın deyil? Ölkədə rəsmilər arasında birlik, həmrəylik və koordinasiya baxımından mövcud olan əlverişli və ümidverici şəraiti nəzərə alsaq, belə bir sual yaranır: nəyə görə əsaslı və qətiyyətli addımlar atılmır ki, nəticəni hər kəs aydın şəkildə müşahidə etsin? Mənim möhtərəm cənablardan istəyim budur ki, istər forumlar keçirməklə, istərsə də bunlar olmadan, heç kimi və heç nəyi nəzərə almayaraq qəti və əməli qərarlar qəbul edib, onları həyata keçirsinlər. Uğurlar arzulayıram”.

Xatırladaq ki, Cənab Cahangiri Ali Məqamlı Rəhbərə yazdığı məktubda hakimiyyətin 3 qolunun rəsmilərinin, ümumi və icraedici qurumların, özəl təşkilatların, sosial qrupların və media nümayəndələrinin iştirakı ilə “İdarəçilik sistemində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” adı altında ümummilli forumun keçirildiyinə toxunmuş və forumun başlıca müzakirə mövzularının aşağıdakılar olduğunu qeyd etmişdi: 1. hakimiyyətin korrupsiyaya qarşı mübarizə sahəsindəki proqram və strategiyaları; 2. korrupsiyaya qarşı mübarizədə mədəni ictimaiyyətin rolu; 2. korrupsiyaya qarşı mübarizədə əhalinin, əhali arasında müvafiq mədəniyyətin formalaşdırılmasının rolu.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /