Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əli Qəyurinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei daim xalqın xidmətində duran pərhizkar alim Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əli Qəyurinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Daim xalqa xidmət etmiş pərhizkar alim Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əli Qəyurinin vəfatı ilə əlaqədar olaraq, mərhumun möhtərəm ailə üzvlərinə və qohum əqrəbasına, xalqa yaxın olub onun xidmətində duran bu inqilabçı ruhaninin bütün dostlarına və ona mənən bağlı olan hər kəsə, habelə Tehranın görkəmli ruhanilərinə başsağlığı verirəm. Bu ruhani alimin bərəkətli ömrü başdan-başa xalqa, özəlliklə də yoxsul, ehtiyaclı və binəsib təbəqəyə xidmətə sərf olunub. Bu böyük seyidin daha bir bariz xüsusiyyəti İslam İnqilabına, İslam dövlətinə sədaqət, bu yolda heç nəyini əsirgəmədən xidmət etmək olmuşdur. Mərhum Höccətül-İslam vəl-muslimin Qəyuri öz əziz övladını da Müqəddəs Müdafiəyə qurban vermişdir. O, müxtəlif vəzfiə postlarında İslama, inqilaba və ölkəmizə xidmət etmiş, ömrünü yaxşı adla yaşayaraq başa vurmuş, xoşbəxt bir insan kimi yaşamış və xoşbəxt bir insan kimi ölmüşdür.

Uca Allahdan mərhumun ruhuna rəhmət, bağışlanma və dərgahında ən ali dərəcələri nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei
29 azər 1393


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /