Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Məəzzinin vəli-fəqihin Qızıl Aypara Cəmiyyətindəki nümayəndəsi təyin olunması haqda sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Şeyx Əbdülhüseyn Məəzzinin vəli-fəqihin İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətindəki nümayəndəsi təyin olunması barədə sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Əbdülhüseyn Məəzzi,

Uzun illər boyu İİR Qızıl Aypara Cəmiyyətində bir sıra xidmətləri olmuş canıyanan ruhani cənab Höccətül-İslam Qəyurinin vəfatı ilə əlaqədar olaraq, lazımi bilik, bacarıq və təcrübəyə malik, maddi və mənəvi məhrumiyyətlərə həssaslıqla yanaşan bir insan kimi, Sizi sözügedən qurumda öz nümayəndəm təyin edirəm.

Qızıl Aypara Cəmiyyəti təbii fəlakətlər nəticəsində zərər çəkmiş insanlarda yenidən ümid və özünəinam yaratmaq, onlara asayiş və rahatlıq bəxş etmək, əzab-əziyyət və sıxıntılara düçar olmuş insanları onları rahatladacaq vasitələrlə təmin etmək məqsədilə dini, coğrafi, etnik və irqi sərhədlər tanımadan təsis edilmiş, məram və fəaliyyəti İslam dininin təlimləri ilə üst-üstə düşən bir qurumdur.

QAC-ın əhəmiyyətini və geniş maddi-mənəvi imkanlarını nəzərə alaraq, eləcə də Sizin lazımi səriştə və bacarığa malik olduğunuzu, öhdənizə götürdüyünüz işi tam məsuliyyətinizlə yerinə yetirdiyinizi bildiyim üçün ümdvaram ki, işlərə nəzarət edib düzgün istiqamətləndirərək bu dəyərli və həyatverici təlimlərin qurumun bütün üzvləri, özəlliklə də gənclər arasında təbliği və möhkəmləndirilməsinə çalışacaq, təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım göstərərək bu xeyirxah işdə irəli düşmək,  həmçinin cəmiyyətin digər vəzifələrini layiqincə icra etmək üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

Uca Yaradandan Qızıl Aypara Cəmiyyətində çalışan bütün rəsmilərə və səlahiyyətli şəxslərə bu qurumun qarşıya qoyduğu məqsədlərin reallaşdırılması işində uğurlar diləyirəm.

Seyid Əli Xamenei
14 dey 1393


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /