Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Ənsari Şirazinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli din alimi Ayətullah Ənsari Şirazinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Tanınmış din alimi Ayətullah Hacı Şeyx Yəhya Ənsari Şirazinin vəfatı ilə əlaqədar olaraq, bu müdrik və arif insanın möhtərəm ailə üzvlərinə, şagirdlərinə, dostlarına və yaxınlarına başsağlığı verirəm.

Bu insan ömrünü başdan-başa iman və pərhizkarlıqla keçirmiş, elm və ilahi təlimlərin təbliği yolunda xidmətə sərf etmişdir. Ayətullah Ənsari Şirazini yaxından tanıyan hər kəs onun qəlbinin saflığına, nəfsinin toxluğuna şahid idi. Uca Yaradandan mərhumun ruhuna rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
15 dey 1393




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /