Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər şair Müşfiq Kaşaninin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli şair Müşfiq Kaşaninin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Tanınmış qəzəl şairi cənab Müşfiq Kaşaninin vəfatı ilə əlaqədar olaraq, mərhumun möhtərəm ailə üzvlərinə, ölkəmizin ədəbi ictiamiyyətinə, bu ziyalı insanın bütün şagirdlərinə və ona mənən bağlı olan hər kəsə başsağlığı verirəm. Yaxından tanıdığım 30 il ərzində məni bu mömin və gözəl insana bağlayan xüsusiyyətlər sırasında bəlağətli və ürəyəyatan şeiriyyatından əlavə, onun əxlaqı, şəxsiyyəti, İslam İnqilabının amallarına qarşı məsuliyyəti də önəmli yer tutur. Allah rəhmət eləsin.

Seyid Əli Xamenei
30 dey 1393






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /