Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Avropada fəaliyyət göstərən İslami Tələbə Təşkilatları Assosiasiyasının 49-cu qurultayına müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada fəaliyyət göstərən İslami Tələbə Təşkilatları Assosiasiyasının 49-cu qurultayına ünvanladığı müraciətdə aşağıdakıları vurğulayır: “Elmlərə yiyələnməklə yanaşı, düşünüb ortaya yeni ideyalar qoymağa, bu ikisi ilə yanaşı isə günahdan çəkinib iffətli olmağa çalışın. Belə olan təqdirdə ölkə üçün sizin kimi gənclərə bərabər heç bir sərvət olmayacaq”.

Ali Məqamlı Rəhbərin Avropada təhsil alan tələbələrin işləri üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Cavad Ejeyi tərəfindən Ermənistanın paytaxtı İrəvan şəhərindəki Göy məsciddə oxunmuş müraciətin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Gənclər! Əzizlərim!

Sizin müxtəlif ölkələrin ali təhsil ocaqlarında təmsil olunmanız sizə dünyada gedən proseslərə daha dərin və müdrik yanaşma əsasında baxmaq, sabahın İranına isə geniş dünyagörüşü olan, dünya ölkələrini yaxından tanıyan elm adamlarına malik olmaq fürsəti qazandırır. Bunların qədrini bilmək lazımdır.

Yanlış təbliğata uymaq elə məlumatsızlıq qədər ziyanlıdır. Bu gün siz özəlliklə bu barədə düşünün ki, Qərb siyasəti nəyə görə islamafobiyanı təbliğ edir? Təcavüzkar, tamahkar və imperialist dövlətləri siyasi İslamın İran modelinə qarşı hər cür mübarizəyə sövq edən səbəb bu dövlətin hansı güclü cəhətidir? Elmlərə yiyələnməklə yanaşı, düşünüb ortaya yeni ideyalar qoymağa, bu ikisi ilə yanaşı isə günahdan çəkinib iffətli olmağa çalışın. Belə olan təqdirdə ölkə üçün sizin kimi gənclərə bərabər heç bir sərvət olmayacaq.

Allah yarımçınız olsun.

Seyid Əli Xamenei
3 bəhmən 1393


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /