Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər cənab Mahmud Əhmədinejadın anasının vəfatı ilə bağlı başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Dr. Mahmud Əhmədinejadın anasının vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Cənab Dr. Mahmud Əhmədinejad,

İnqilabi dəyərlərin tərəfdarı, dindar və pərhizkar bir xanım olan möhtərəm ananızın vəfatı ilə əlaqədar olaraq, Sizə və mərhumun digər qohum-əqrəbasına başsağlığı verir, Uca Allahdan ruhuna sonsuz rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
23 bəhmən 1393-cü il








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /