Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinatla bağlı sərəncam imzaladı

Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei keşikçi briqada generalı Hüseyn Əştərinin İran İslam Respublikası Polis Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunması barədə sərəncam imzaladı. Ali Məqamlı Rəhbər verdiyi sərəncamda Polis Qüvvələrinin keçmiş komandanı briqada generalı Əhmədimüqəddəmə bu vəzifəni yerinə yetirdiyi dövrdə əlindən gələni əsirgəmədən həyata keçirdiyi effektiv tədbirlərə görə təşəkkürünü bildirir.

Ali Məqamlı Rəhbərin imzaladığı sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Keşikçi briqada generalı Hüseyn Əştəri,

Səriştə və məsuliyyətinizi, gözəl iş təcrübənizi, habelə möhtərəm Daxili İşlər Nazirinin və Ali Baş Komandanın Polis Qüvvələrindəki nümayəndəsinin təklifini nəzərə alaraq Sizi İran İslam Respublikası Polis Qüvvələrinin Komandanı təyin edirəm.

İİR Polis Qüvvələrinin keçmiş komandanı, briqada generalı Əhmədimüqəddəmin həyata keçirdiyi, Polis Qüvvələrində islami və inqilabi atmosferin genişləndirilməsi, layiqli əməkdaşlara dəstək verilməsi və onların məişət rifahına ciddi diqqət yetirilməsi, sərhəd nəzarətinin gücləndirilməsi, küçə qarşıdurmalarının azaldılması kimi tədbirlər davam etdirilməli, Polis Qüvvələrinin işinin daha da yaxşılaşdırılması üçün zəruri tədbirlər görülməli, əxlaqi və ictimai asayişin bərqərar olunması üçün ardıcıl fəaliyyət proqramları hazırlanmalı və lazımi təşəbbüs göstərilməlidir.

Hakimiyyətin 3 qolundan, xüsusilə də DİN-dən, Milli Təhlükəsizlik Ali Şurasının katibliyindən, “Səda və sima” Dövlət Teleradiosundan, Silahlı Qüvvələrin Baş Qərargahından, İdarəçilik və Planlama Komitəsindən gözləntim budur ki, hazırkı həssas şəraitdə Polis Qüvvələrinə maddi və mənəvi aspektdən lazımi dəstəyi versinlər.

Polis Qüvvələrinə başçılıq etdiyi dövrdə əlindən gələni əsirgəmədən göstərdiyi effektiv xidmətlərinə görə briqada generalı Əhmədimüqəddəmə təşəkkürümü bildirirəm.

Uca Allahdan Sizə, İİR Polis Qüvvələrinin bütün əməkdaşlarına və bu böyük quruma dəstək olan hər kəsə uğurlar diləyirəm.

Seyid Əli Xamenei
12 isfənd 1393
9 mart 2014



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /