Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin bacısının harada və nə zaman torpağa tapşırılacağı məlum oldu

Həzrət Ayətullah Xameneinin bacısı Seyidə Fatimə Hüseyni Xameneinin vəfatı ilə əlaqədar olaraq, Ali Rəhbərlik Məqamı Baş İdarəsinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani elamnamə yaymışdır. Elamnamədə o, bacısının vəfatı ilə əlaqədar Ali Məqamlı Rəhbərə başsağlığı verməklə yanaşı, mərhumun harada və nə zaman son mənzilə yola salınacağı barədə də açıqlama verir.

Elamnamənin tam mətni:


Allahın adı ilə.

İslamın əzəmətli xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti, eyni zamanda əziz və möhtərəm bacısı, mərhum Höccətül-İslam cənab Şəmsullahinin həyat yoldaşı Seyidə Fatimə Hüseyni Xameneinin vəfatı ilə əlaqədar, İslam İnqilabının Ali Məqamlı Rəhbərinə başsağlığı verirəm.

Mərhumun cənazəsi sabah – fərvərdin ayının 3-ü saat 16:00-da Qum şəhəri İmam Həsən Əskəri (ə) adına məsciddən qaldırılaraq Həzrət Məsumənin (s.ə) müqəddəs hərəminə qədər son mənzilə yola salınacaq, məğrib və işa namazlarından sonra isə Səfaiyyə küçəsində yerləşən İmam Xomeyni (r.ə) adına hüseyniyədə yas mərasimi təşkil olunacaq.

Həmçinin sabah – fərvərdin ayının 3-ü, axşam məğrib və işa namazlarından sonra Tehran şəhərində, İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Məqamlı Rəhbər tərəfindən mərhuma yas mərasimi təşkil olunacaq.

Ali Rəhbərlik Məqamı Baş İdarəsinin sədri Məhəmmədi Qolpayqani

2 fərvərdin 1394
22 mart 2015



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /