Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Ruhaninin anasının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Ruhaninin anasının vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Allahın adı ilə.

İran İslam Respublikasının möhtərəm prezidenti, Höccətül-İslam vəl-muslimin Ruhani,

Əziz ananızın vəfatı ilə əlaqədar olaraq, Sizə və mərhumun digər qohum-əqrəbasına başsağlığı verir, Uca Yaradandan ruhuna rəhmət və bağışlanma, ilahi dərgahda ən ali dərəcələr diləyirəm.

Seyid Əli Xamenei
29 isfənd 1393
20 mart 2015




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /