Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər xanım Səkinə Ziyainin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullah Hacı Seyid Ruhullah Xatəminin həyat yoldaşı xanım Səkinə Ziyainin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Xəbər tutdum ki, mərhum Ayətullah Hacı Seyid Ruhullah Xatəminin həyat yoldaşı möhtərəm xanım Səkinə Ziyai bir müddət xəstə yatıb fiziki və mənəvi ağrılara tab gətirdikdən sonra bu fani dünyaya əlvida demişdir. Ayətullah Xatəminin yaxınlarına, bütün Ərdəkan camaatına, xüsusilə də bu itkinin yasına batmış ailələrə başsağlığı verirəm. Allah rəhmət etsin.

Seyid Əli Xamenei
16 fərvərdin 1394
5 aprel 2015








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /