Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqanini Ayətullah Xuzəliyə baş çəkmək üçün göndərdi

Ötən gün (şənbə günü) günortadan sonra Ali Rəhbərlik Məqamı Baş İdarəsinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani Xubriqan Məclisinin üzvü Ayətullah Xuzəlinin evinə gedərək ona baş çəkdi. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin salamlarını Ayətullah Xuzəliyə çatdıran cənab Qolpayqani onun üçün dua edərək şəfalar dilədi.

İran İslam Respublikası Konstitusiyasını tərtib etmiş insanlardan biri (həmçinin Konstitusiya Ekspertləri Məclisində Simnan vilayətinin təmsilçisi) olan Ayətullah Xuzəli keçmişdə 20 il müddətində Keşikçi Şuranın üzvü olmuşdur, yarandığı gündən bu günə qədər Xubriqan Məclisinin üzvü, eyni zamanda Qədir Beynəlxalq Fondunun rəsmisidir.










Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /