Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər sərbəst güləş üzrə milli yığmanı dünya kubokunu qazanmaları münasibətilə təbrik etdi

İran İslam Respublikasının sərbəst güləş üzrə milli komandasının Amerikada keçirilən dünya çempionatında qazandığı inamlı qələbənin ardınca İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei komandanın üzvlərinə və məşqçilərə rəsmi müraciətlə təşəkkür və qədirdanlığını ifadə etmişdir.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Əziz İranımızın sərbəst güləş üzrə milli komandasının idmançılarını və rəsmilərini dünya çempionatında əldə etdikləri qələbə münasibəti ilə təbrik edir, övladlarımız bu şərəfli xalqa beynəlxalq arenada bir daha iftixar qazandırmağa müvəffəq olduqları üçün Uca Allaha şükürlər edirəm.

Seyid Əli Xamenei
24 fərvərdin 1394
13 aprel 2015







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /