Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Əbuturabinin anasının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Əbuturabinin anasının vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Cənab Höccətül-İslam vəl-muslimin Hacı Seyid Məhəmmədhəsən Əbuturabi,

İnqilabi ideyaların tərəfdarı, dindar, sayılıb-seçilən ruhani ailəyə mənsub bir xanım olan möhtərəm ananızın vəfatı ilə əlaqədar olaraq, Sizə və digər qohum-əqrəbanıza başsağlığı verirəm. Möhtərəm atanızın, eləcə də inqilabi fəaliyyəti ilə tanınmış, görkəmli bir şəxsiyyət olan qardaşınız mərhum Hacı Seyid Əliəkbər Əbuturabinin xatirəsini ehtiramla yad edir, Uca Allahdan onlara rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
23 fərvərdin 1394
12 aprel 2015



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /