Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər mücahid alim, mərhum Ayətullah Asəfinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim, mərhum Ayətullah Hacı Şeyx Mehdi Asəfinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Allahın adı ilə.

Dəyərli tədqiqatlara imza atmış mücahid alim Ayətullah Hacı Şeyx Mehdi Asəfinin vəfatı barədə xəbər məndə dərin təəssüf hissi doğurdu; son dərəcə təsirləndim. O, yeni fikirli bir fəqih, məharətli bir sxolast, işgüzar, yazıları böyük təsirə malik bir yazar idi. Sxolastika, ideoloji təlimlər və fiqh sahəsində yazılmış, problemli məsələləri ehtiva edən onlarla faydalı kitab onun bərəkətli ömrünün məhsuludur. Mərhum Ayətullah Asəfinin İraqda gedən ictimai-siyasi mübarizə hərəkatında da parlaq fəaliyyəti olmuşdu. Regionda gedən proseslər haqda yürütdüyü dəyərli fikirlər, verdiyi dərin məzmunlu təhlillər bu hərtərəfli şəxsiyyətin özəlliklərindən hesab olunur. Bu aliqədr ruhaninin digər səciyyəvi cəhətləri onun zahidliyi, maddi həzlərə, həyat və məişət rifahına rəğbət bəsləməməyi, din tələbələrinə xas, sadə və yoxsul bir həyat tərzi keçirməyi idi. Nəcəfi-Əşrəfdə illərlə mənim nümayəndəm kimi çalışaraq çəkdiyi zəhmətlər mənim boynuma o insanın böyük haqqını qoymuşdur. Ümidvaram ki, Allah-taala Öz lütf və mərhəməti ilə onun bütün elmi, dini və ictimai xidmətlərinin haqqını verəcək.

Mərhumun bütün qohum-əqrəbasına, dostlarına, ona mənən bağlı olan və varlığından bəhrələnmiş hər kəsə başsağlığı verir, Tanrı dərgahında ona ən ali dərəcələr, rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
14 xordad 1394


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /