Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Hacı Şeyx Əbdüləli Qərəhinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ruhani və pərhizkar alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Əbdüləli Qərəhinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Allahın adı ilə.

Ruhani və pərhizkar alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Əbdüləli Qərəhinin vəfatı ilə əlaqədar olaraq, mərhumun qohum-əqrəbasına və yaxınlarına, xüsusilə də çox hörmətli və fəzilətli oğlu cənab Höccətül-İslam Hacı Şeyx Məhəmmədhəsən Qərəhiyə başsağlığı verirəm. Ömrünü paklıq, təqva, dinə və elmə xidmətlə keçirmiş mərhum Qərəhi uzun illər boyu səmimiyyət və sədaqətlə Nəcəf və Qumda dahi İmam Xomeyni (r.ə) ilə çiyin-çiyinə olmuşdur. Onunla bağlı xoş xatirələr mənim qəlbimdə daim yaşayacaq. Uca Yaradandan mərhuma rəhmət, bağışlanma və ilahi dərgahda ən ali dərəcələr diləyirəm.

Seyid Əli Xamenei
23 mordad 1394






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /