Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər şəhid Cahanara qardaşlarının atasının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhid Cahanara qardaşlarının atasının vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Üç vüqarlı şəhidimizin atası, mömin, qeyrətli və səbirli bir insan olan Hacı Seyid Hidayətullah Cahanaranın vəfatı ilə əlaqədar olaraq, mərhumun əziz ailə üzvlərinə, dostlarına, yaxınlarına və ümumilikdə Xürrəmşəhrin dəyərli əhalisinə başsağlığı verirəm. Müqəddəs Müdafiənin parlaq ulduzlarından biri, adı dillər əzbəri olan şəhid Məhəmməd Cahanaranın atası olan bu xidmətkar və zəhmətkeş insan dərin səbir və imanı, çalışqan ruhu ilə özündən sonra unudulmaz və dəyərli xatirələr qoyub getmişdir. Allah rəhmət etsin.

Seyid Əli Xamenei
28 şəhrivər 1394






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /