Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Qurban və Qədir-Xum bayramları münasibətilə əfv fərmanı imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurban və Qədir-Xum bayramlarının gəlişi münasibətilə, ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 630 nəfər məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Xatırladaq ki, Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Ali Məqamlı Rəhbərə məktubla müraciət edərək mübarək Qurban və Qədir-Xum bayramlarının gəlişi ilə əlaqədar olaraq, Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə cavab verdikləri müəyyən olunmuş 630 nəfər məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif etmişdi.  Ali Məqamlı Rəhbər onun bu təklifini müsbət cavablandırdı.










Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /