Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Gülüstan mədənində baş vermiş qəza məni çox kədərləndirdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Gülüstan mədənində bir qrup zəhmətkeş fəhlənin ölümü ilə nəticələnən dəhşətli faciə ilə bağlı başsağlığı müraciəti ünvanladı: “Çətin vəziyyətdə qalmış insanları xilas etmək üçün mümkün olan bütün addımlar atılmalıdır!”

İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Gülüstan mədənində baş vemriş dəhşətli və ürək ağrıdan qəza bir qrup zəhmətkeş fəhlənin həlak olması və bu əzizlərdən bir qrupunun isə çıxılmaz vəziyyətdə qalmasına səbəb olub. Bu hadisə məni çox kədərləndirdi və ürəyimi ağrıtdı. Çıxılmaz vəziyyətdə qalan insanların xilası üçün bütün mümkün addımlar atılmalıdır. Çox acı hadisədir. Allahın lütf və yardım göstərəcəyinə ümidvarıq. Bu hadisədə həyatlarını itirmiş əzizlərin ailələrinə başsağlığı verir, onlara səbir diləyir və mədəndə çıxılmaz vəziyyətdə qalan insanlara Allahdan xilas istəyirəm. Ayrı-ayrı qurumların göstərdiyi səylər təqdirəlayiqdir, bacardıqları qədər səylərini daha da artırsınlar”.

Seyyid Əli Xamenei
4 may 2017

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /