Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Allah İsrailə qarşı mübarizədə qəti qələbə vədi verib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqaviməti Dəstəkləyən Din Alimlərinin Ümumdünya Assosiasiyasının konqresinin baş tutması ilə əlaqədar olaraq, assosiasiyanın sədrinə ünvanladığı müraciətdə vurğulayır: “Allah İsrailə qarşı mübarizədə qəti qələbə vədi verib”.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Müqaviməti Dəstəkləyən Din Alimlərinin Ümumdünya Assosiasiyasının sədri, gözəl alim, cənab Şeyx Mahir Həmud,

Sizi və möhtərəm konfrans iştirakçılarının hamısını salamlayıram. Fələstinin yaddan çıxmayan, ağır məsuliyyəti bütün İslam dünyasının çiyinlərindədir. Sözsüz ki, bu məsuliyyətin daha önəmli hissəsi müsəlman ölkələrinin elm xadimlərinin, ruhanilərinin, siyasətçilərinin və dövlət adamlarının payına düşür. Bu, aqibəti xeyir olan, müqəddəs bir mübarizədir; Allah-taala bu mübarizədə qəti qələbə vədi vermişdir.

Təşkil etdiyiniz bugünkü konqres bu ümumi və möhtəşəm hərəkatın bir hissəsidir.

Allah-taaladan hamınıza müvəffəqiyyətlər diləyir və bu böyük məsuliyyəti üzərində hiss edən hər kəsə təcavüzkar İsrail rejiminə qarşı çoxistiqamətli mübarizəni davam etdirməyi tövsiyə edirəm.

Allahın salamı və mərhəməti nəsibiniz olsun.

Seyid Əli Xamenei
08.08.1396

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /