Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın Rəhbəri mərhum İmamın qəbrini ziyarət etdi

Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində - İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər saatlarında mərhum İmamın müqəddəs məqbərəsini ziyarət edib namaz qıldıqdan sonra köçüb getmiş o əziz insan və ali şəxsiyyətin uca məqamına fatihə oxuyub ehtiram göstərdi.

İslam İnqilabının Rəhbəri sonra yeddi tir və habelə vətən şəhidlərinin qəbirlərini ziyarət edib şəhid Behişti, şəhid Rəcai, şəhid Bahünər və digər böyük şəhidlərin xatirəsini əziz tutdu.

O habelə şəhidlər xiyabanında İslam İnqilabı, Müqəddəs Müdafiə və Əhli-beyt (ə) hərəmlərinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhdilərin ruhuna fatihə oxuyub İlahi dərgahdan Allah yolunda mübarizə aparmış mücahidlərə uca dərəcələr arzuladı.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /