Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Ayətullah Sistani İnqilabın Ali Rəhbərinə başsağlığı verdi

Həzrət Ayətullah Sistani İslam İnqilabının Ali Rəhbərinə uca komandan Hacı Qasim Süleymaninin şəhadəti ilə bağlı başsağlığı verdi.

Başsağlığı məktubunun tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Allahdan gəlmişik, Ona da qayıdacağıq

Hörmətli Ayətullah Xamenei (Allah bərəkətini davamlı etsin)

Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun!

Uca komandan Cənab Hacı Qasim Süleymaninin (Allah ona rəhmət etsin) şəhadət xəbəri böyük təəssüf və kədərə səbəb oldu. İraqda İŞİD ünsürləri ilə müharibə illəri boyunca o mərhumun ifa etdiyi misilsiz rol, bu istiqamətdə çəkdiyi böyük zəhmətlər unudulmazdır.

O uca şəhidin şəhadəti münasibətilə Zati-alilərinə, möhtərəm şəhidin əziz övladları və digər yaxınlarına, bütün şərəfli İran xalqına, xüsusilə əziz Kerman əhalisinə başsağlığı verir, Mərhəmətli Allahdan o xoşbəxt mərhuma uca dərəcələr, onun yaxınlarına gözəl səbr və böyük mükafat diləyirəm.

Güc və Qüdrət yalnız Uca və Əzəmətli Allaha məxsusdur

Əli Əl-Hüseyni Sistani
05 yanvar 2020

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /