Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İstehsal sıçrayışı hərtərəfli dəstək vasitəsilə tam şəkildə reallaşmalıdır

İslam İnqilabının Ali Rəhbəri 1400-cü hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı müraciətində bütün həmvətənləri, xüsusilə şəhid və əlillərin əzəmətli ailələrini, o cümlədən Novruz bayramını böyük təntənə ilə keçirən bütün xalqları Novruz bayramı münasibətilə təbrik etdi. O, yeni ilin Şaban ayının bayramları ilə üst-üstə düşməsi, iki Nimeyi-şəban bayramının, yəni Həzrət Vəliyyi-əsrin (ə.c) viladət bayramının iki dəfə bu ilə təsadüf etməsi səbəbindən 1400-cü ilin maddi və mənəvi bərəkətlər ili olacağına ümidvar olduğunu bildirərək yeni ili “İstehsal, dəstəklər və maneələrin aradan qaldırılması ili” adlandırdı.

Həzrət Ayətullah Xamenei 99-cu ilin analoqu olmayan müxtəlif hadisələrlə, xüsusilə tanış olmayan korona hadisəsilə müşayiət olunduğunu bildirərək dedi: “Korona insanların həyatını, o cümlədən iş və fəaliyyət sistemini, dərs mühitlərini, dini toplantıları, idman tədbirləri və səfərləri öz təsiri altına aldı və ölkənin məşğulluq sahəsinə cidid zərbə vurdu”.

İslam İnqilabının Rəhbəri korona nəticəsində əziz xalqımızın on minlərlə nümayəndəsinin canını tapşırmasının 99-cu ilin ən acı hadisəsi olduğunu dedi və dünyasını dəyişənlərə Allahdan rəhmət və bağışlanma dilədi, onların qəlbi yaralı ailələrinin dərdinə şərik olduğunu dedi.

O, 99-cu ilin eyni zamanda böyük korona sınağı, habelə düşmənin maksimum təzyiqi qarşısında İran xalqının imkan və bacarıqlarının özünü büruzə verdiyi bir il olduğunu qeyd etdi: “Əziz xalqımızın müalicə və səhiyyə mərkəzlərindən tutmuş alim və tədqiqatçılara, mücahid və xidmətçilərə qədər bütün nümayəndələri, xalqın hər bir fərdi sanksiyanın olmasına və ölkə xaricindəki imkanlardan istifadə yollarının bağlı olmasına baxmayaraq, bu acı hadisənin idarə edilməsində böyük bir imkan və təcrübə nümayiş etdirdi”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, düşmənin maksimum təzyiqinin dəf edilməsi milli imkan və bacarıqların özünü 99-cu ildə təzahür etdirən başqa bir nümunəsi idi: “Başda ABŞ olmaqla İranın düşmənləri, İran xalqını diz çökürtmək istədilər. Əlbəttə, biz bilirdik ki, xalq ayaqda olacaq və onlar məğlub olacaqlar. Bu gün amerikalılar və onların avropalı dostları etiraf edirlər ki, maksimum təzyiq iflasa uğrayıb”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında 99-cu ilin şüarının gerçəkləşmə səviyyəsini qiymətləndirərək dedi: “Xalq və hökumətin verdiyi məlumat və hesabatlara əsasən, istehsal sıçrayışı ölkənin ayrı-ayrı sahələrində məqbul dərəcədə gerçəkləşdi”.

İnqilabın Rəhbəri əlavə etdi: “Sıçrayışın bu əmsalı gözlənilən həddə deyil. Çünki infrastruktur və quruculuq işlərində gerçəkləşməsinə baxmayaraq, onun nəticəsi ümumi iqtisadiyyat və xalqın məişətində görünüb hiss olunmadı. Halbuki istehsal sıçrayışının əhalinin ümumi həyatında bir açılım olacağı gözlənilirdi”.

O, istehsal sıçrayışı şüarının tamamilə inqilabçı bir şüar olduğunu dedi: “İstehsal sıçrayışının gerçəkləşməsinin həm ölkənin iqtisadiyyatına, o cümlədən milli valyutanın qiyməti məsələsinə dərin təsirləri var, həm də milli özgüvənə və ümumi razılığa səbəb olub, milli təhlükəsizliyə zəmanət verir”.

Həzrət Ayətullah Xamenei 99-cu ildə istehsal sıçrayışının tam şəkildə gerçəkləşməməsinin səbəbini maneələrin olması, habelə istehsalın bütün sahələrdə dəstəklənməməsi ilə izah etdi. O, idxal və qaçaqmalçılıq probleminə toxunaraq dedi: “Qanuni zəifliklər və gənclərin zəhmət və səyləri sayəsində istehsal edilməkdə olan daxili məhsulun xarici rəqibinin idxalları və ya onun xəyanətkar əllər vasitəsilə qaçaqmalçılığı həmin daxili məhsulun istehsalına maneə yaradır və onun iflasına səbəb olur”.

İnqilabın Rəhbəri stimulların, o cümlədən investisiya stimullarının istehsal sıçrayışı üçün lazım olduğunu dedi: “Ölkədə biznesin vəziyyəti elə olmalıdır ki, fərdlərin istehsala investisiya yatırmasına stimul versin və istehsal xərclərinin artmasının qarşısı alınsın”.

O, istehsal sahəsində aşağı stimulların olması və bəzi illərdə istehsal xərcinin istehlakçı xərcindən yüksək olmasının istehsalın inkişafına mane olduğunu dedi: “İstehsal sıçrayışının inqilabçı hərəkəti 99-cu ildə başlandı və xalq tərəfindən yüksək qarşılandı. Bu hərəkət, əslində, yeni bir əsrin başlanğıcı olan 1400-cü ildə davam etdirilməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, qarşıdan seçkilərin gəlməsi, habelə istehsal sıçrayışı üçün əlverişli şəraitin olması səbəbindən 1400-cü il həssas və mühüm bir ildir: “1400-cü ilin xordad seçkiləri, ehtimal ki, yeni nəfəs və güclü istəyi olan yeni idarəedicilərin iş başına gəlməsi bu ili çox mühüm, həssas və ölkənin gələcəyində mühüm rol oynayan bir il edəcək”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bundan əlavə, 99-cu ildə istehsal sıçrayışı ölkədə bir hərəkət yaratdı. Bu hərəkət onun yeni ildə çiçəklənməsi üçün yaxşı bir zəmindir”.

O əlavə etdi: “İstər indiki hökumət, istərsə də gələcək hökumət istehsala hərtəfəli qanuni, dövlət və hökumət dəstəkləri verməli, onun maneələrinin aradan qaldırılmasına çalışmalıdır ki, bu il istehsal sıçrayışı sözün həqiqi mənasında gerçəkləşsin”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu əsasla 1400-cü ilin şüarı istehsal, dəstəklər və maneələrin aradan qaldırılmasıdır. İlin birinci günü edəcəyimiz çıxışda bu və seçkilər barəsində açıqlama veriləcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /