Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın Ali Rəhbəri Şuranın yeni üzvlərini təyin etdi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni üzvlərinin təyin olunması ilə bağlı sərəncam verdi.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Allahın yardımı və hidayəti ilə Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni fəaliyyət dövrü başlayır. İslam Respublikasının ən mühüm qanuni qurumlarından olan bu şuranın üzərinə iki əsas vəzifə düşür: Birincisi, parlamentin ölkənin həqiqətlərinə əhatəli və dərin baxmaq, dövlətin məsləhət və xeyrini müəyyən etmək vəzifəsi daşıyan Keşikçilər Şurası ilə ortaq qərara gələ bilmədikdə mənafe və məsləhətə uyğun olanı təyin etmək; İkincisi, dövlətin idarə edilməsində ən strateji qərarları ehtiva edən ümumi siyasətlərin təyin edilməsində xüsusi və effektiv rol. Problemlərin həlli üçün həll yolu təqdim etmək, habelə ümumi siyasətlərin yaxşı şəkildə icra edilməsinə nəzarət edilməsi işinin də şuraya həvalə edilməsi bu qanuni qurumun əhəmiyyətini artırmışdır.

Şurada böyük iş təcrübəsi olan mütəxəssislərdən ibarət bir heyətin olması və keçmiş dövrlərin təcrübələri bu qurumun mövqeyini və onunla bağlı gözləntiləri daha da artırır.

Əvvəlki dövrün açılış bəyanatında müəyyən istəklər irəli sürüldü. Həmin istəklərə tam şəkildə əməl edilmədiyi üçün onlar təkrar edilməlidir. Siyasətlərin icrasına nəzarət məsələsinin tənzimləndirilməsi, habelə siyasətlərin effektivliyi və səmərəliliyini qiymətləndirmək üçün mexanizm təklif edilməsi bu istəklərdəndir.

Bundan əlavə, mənafeyin müəyyən edilməsində qətiyyət, elan edilmiş siyasətlərin islah edilməsi, lazım gəldikdə ona yenidən baxış, ölkənin elmi, akademik və intellektual mərkəzləri ilə əlaqə, möhtərəm üzvlərin şuranın iclaslarında müntəzəm iştirakı zəruridir.

İndi isə əvvəlki dövrün möhtərəm üzvlərinə təşəkkürümü bildirir, onların fəaliyyətlərini yüksək qiymətləndirir və dünyasını dəyişənlərə Allahdan bağışlanma diləyərək doqquzuncu 5 illik səlahiyyət müddətinin üzvlərini aşağıdakı formada təyin edirəm:

Şuranın sədri: Ayətullah Hacı Şeyx Sadiq Amuli

Hüquqi şəxslər: üç qüvvənin möhtərəm rəhbərləri, Keşikçilər Şurasının möhtərəm fəqihləri (mənafe və məsləhətin müəyyən edilməsi məsələləri müzakirə edildikdə), Silahlı Qüvvələrin baş qərargah rəisi, Milli Təhlükəsizlik Ali Şurasının katibi, müzakirə edilən mövzu üzrə aidiyyəti nazirliyin və ya idarənin rəhbəri, İslami Şura Məclisində müzakirə edilən mövzu üzrə aidiyyəti komissiya.

Fiziki şəxslər:

Höccətül-İslamlar: Hacı Şeyx Həsən Sanei, Qurbanəli Dori Nəcəfabadi, Mahmud Məhəmmədi İraqi, Məcid Ənsari, Qulamrza Misbahimüqəddəm, Möhsün Əraki.

Mütəxəssislər: Qulamrza Ağazadə, Əli Ağaməhəmmədi, Əliəkbər Əhmədiyan, Mahmud Əhmədinəjad, Məhəmmədcavad İrəvani, Məhəmmədrza Bahünər, Əhməd Təvəkkoli, Səid Cəlili, Qulaməli Həddad Adil, Seyid Kamal Xərrazi, Davud Daneş Cəfəri, Pərviz Davudi, Məhəmmədbaqir Zulqədr, Möhsün Rzayi, Seyidməhəmməd Sədr, Məhəmmədhüseyn Səffar Hərəndi, Məhəmmədrza Arif, Məhəmməd Füruzənde, Abbasəli Kədxodayi, Əli Laricani, Hüseyn Məhəmmədi, Məhəmməd Müxbir, Hüseyn Müzəffər, Seyid Mustafa Mirsəlim, Seyid Mürtəza Nəbəvi, Əliəkbər Vilayəti, Sadiq Vaizzadə, Əhməd Vəhidi.

Möhtərəm cənablara Allah-taaladan uğur diləyirəm.

Seyid Əli Xamenei
29 şəhrivər 1401
20 sentyabr 2022

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /