Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Atalar, analar və müəllimlər namazla gənc arasındakı əlaqəni bilməlidirlər

Həzrət Ayətullah Xamenei 29-cu Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə iki ildən sonra bu konfransın yenidən bərpa edilməsinin sevinc və bərəkət səbəbi olduğunu qeyd etdi: “Xoşbəxt və uğurlu bir cəmiyyətin malik olduğu dostluq, güzəşt, mehribanlıq, birlik, şəfqət, yardımlaşma, xeyirxahlıq və s. kimi həyati bağlar namazın uca tutlması və ona rəvac verilməsinin bərəkəti sayəsində möhkəmlənir”.

İnqilabın Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd aləmlərin rəbbinə məxsusdur. Allahın salavat və salamı olsun Muhəmmədə və onun pak Əhli-beytinə, xüsusilə İmam Zamana (ruhumuz ona fəda olsun)

İki il təxirdən sonra bu konfransın yenidən bərpa olması sevinc və inşallah bərəkət səbibidir. Namazın dəyərini göstərmək və bu mübarək əməlin yüksək tutulması üçün həyata keçirilən hər bir nəzəri və əməli fəaliyyət insanların qəlblərinin işıqlandırılması və onların həyat evlərinin isidilməsi istiqamətində görülən işdir.

Kamil təzahürü namaz olan Allahın xatırlanması qəlbi və ruhu azad edir, cəmiyyəti abadlaşdırır. Xoşbəxt və uğurlu bir cəmiyyətin malik olduğu dostluq, güzəşt, mehribanlıq, birlik, şəfqət, yardımlaşma, xeyirxahlıq və s. kimi həyati bağlar namazın uca tutlması və ona rəvac verilməsinin bərəkəti sayəsində möhkəmlənir. Camaat namazının sıraları, ictimai fəaliyyətlərin bir-birinə bağlı olan sıralarını yaradır. Məscidlərin isti və izdihamlı ocaqları sosial sferadakı əməkdaşlıq mərkəzlərini canlandırır. Namaz “Allahın hüzuru” hissi ilə qılınarsa, həyatın bütün sahələrinə işıq saçaraq fərdin və cəmiyyətin dünya və axirətini abadlaşdırar.

Namaz qılan hər kim olsursa olsun, namazını harada qılmasından asılı olmayaraq, namazdan öz tutumu qədər faydalanır. Amma bu məsələdə gənclər və yeniyetmələr hamıdan öndədirlər. Onların diqqətlə və təvazökarlıqla qılınan namazdan götürdükləri fayda kifayət qədər çoxdur. Gənc və yeniyetmənin qəlbi xilasa nail olmaq üçün daha artıq hazırlığa malikdir. Namazın azanı ona doğru tələsməyə səsləyir.

Atalar, analar, məktəb və universitet müəllimləri, nəsihətçilər və yol göstərənlər namazla gəncin əlaqəsindəki bu həqiqəti yadda saxlamalı, üzərlərinə düşən vəzifəni bilməlidirlər.

Məktəblər, universitetlər, xüsusilə Müəllimlər Universiteti, Tele-Radio Şirkəti, mədəniləşdirmə fəaliyyəti ilə məşğul olan digər qurumlar “Namazı yüksəldin” çağırışının əsas xitab obyektləri sırasında qərarlaşırlar.

Allahdan hamınıza uğur diləyirəm

Seyid Əli Xamenei
5 bəhmən 1401

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /