Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fərvərdin ayının üçü (23 mart) cümə axşamı Ramazan ayının birinci günüdür

Ali Rəhbərlik İdarəsinin məlumatına əsasən, Ramazan ayının hilalının görünməsi İslam İnqilabının Ali Rəhbəri tərəfindən qəti təsdiqini tapdığı üçün sabah Mübarək Ramazan ayının birinci günüdür.

Allah-taalanın adı ilə

Mömin qardaş və bacıların, uca İran xalqının diqqətinə çatdırırıq ki, 02 fərvərdin 1402-ci il tarixində qürub vaxtının müşahidəçi qrupları tərəfindən verilmiş qəti məlumatlara əsasən, Mübarək Ramazan ayının daxil olması İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei (Allah kölgəsini uca etsin) üçün qəti təsdiqini tapmışdır.

Buna görə də fərvərdin ayının üçü, cümə axşamı Mübarək Ramazan ayının birinci günüdür.

Allah-taaladan müvəffəqiyyət və bu şərafətli ayın bərtəkətlərindən tam şəkildə faydalanmağı nəsib etməsini diləyirik.

Ali Rəhbərlik İdarəsi

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /