Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri:

Zirvə əzmkarlıq sayəsində fəth edilir

Bu gün səhər saatlarında İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə tələbə heyətlərinin “Ərbəin” mərasiminə həsr edilmiş izdihamlı matəm məclisi keçirildi. Bu mərasimdə Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı dostlarına həsr edilmiş mərsiyələr və “Ərbəin ziyarətnaməsi” oxundu.

Bu mərasimdə habelə Vəliyyi-fəqihin universitetlər üzrə nümayəndəliyinin rəhbəri Höccətül-İslam vəl-müslimin Rüstəmi də çıxış etdi və Kərbəla hadisəsinin qalıcılığının sirri və İmam Hüseynin (ə) yolunu gedən insanların “Ərbəin” vəzifəsinə aydınlıq gətirdi. 

Mərasimin sonunda İslam İnqilabının Ali Məqamlı Rəhbərinin imamətliyi ilə zöhr və əsr namazları qılındı.

Həzrət Ayətullah Xamenei iki namazın arasında etdiyi qısa çıxışında İmam Hüseynə (ə) həsr edilmiş matəm və təvəssül mərasimlərinin hər birinin İmam Hüseynin (ə) daim şölələnən məşəli və sönməyən mənəviyyat işığına qovuşmaq üçün bir zəmin olduğunu dedi: “Ən mühüm məsələ sirati-müstəqimlə olan bu əlaqə və qovuşmanın qorunmasıdır. Bu isə iradə və əzmkarlıq tələb edir”.

O dedi: “Əgər əzmkarlıq göstərsəniz, zirvəni fəth edəcəksiniz və Allahın dininin, haqqın və ədalətin hakim olduğu zirvəyə yetişəcəksiniz”.

Gənclərin ümid mənbəyi olduğunu vurğulayan İslam İnqilabının Ali Məqamlı Rəhbəri insan izdihamına, xüsusilə gənclərin Nəcəfdən Kərbəlaya, habelə digər şəhərlərdə olan Ərbəin yürüşlərinə işarə edərək gənclərə səsləndi: “Ərbəin yürüşündə qətiyyətlə hərəkət etdiyiniz kimi, tövhid hakimiyyəti yolunda da mətanətlə hərəkət edin, iradəli olun, həmişə Hüseyn (ə) kimi yaşayıb, Hüseyn (ə) kimi qalın”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /