Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Höccətül-İslam Ocaqnəjad Müqəddəs Cəmkəran Məscidinə rəhbər təyin edildi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin sərəncamı ilə Höccətül-İslam Seyid Əliəkbər Ocaqnəjad Müqəddəs Cəmkəran Məscidinə rəhbər təyin edildi.

İslam İnqilabının Rəhbərinin sərəncamının tam mətni:

Mərhəmətli Bağışlayan Allahın adı ilə

Müqəddəs Cəmkəran Məscidində göstərdiyi dəyərli xidmətlərinə görə cənab Höccətül-İslam Rəhimiyana təşəkkür edərək Cənab Höccətül-İslam Hacı Seyid Əliəkbər Ocaqnəjadı (uğurları bol olsun) həmin şərafətli və nurani məkana rəhbər təyin edirəm. Bu möhtərəm məkanda xidmət göstərmək böyük vəzifə və iftixardır. Bunun şükrünü yerinə yetirmək üçün bütün gücünü zəvvarlara xidmət göstərməyə, onun mənəviyyatından istifadə edilməsinin yaxşılaşdırılmasına və zəvvarların düşüncəsinin yönləndirilməsinə sərf etmək lazımdır.

Allah-taaladan sizə uğur diləyirəm.

Seyid Əli Xamenei

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /