Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Cinayətkarlar bilsinlər ki, onların cinayətlərinə qarşı dözüm göstərilməyəcək

Həzrət Ayətullah Xamenei Kermanın “Şəhidlər Xiyabanı”na gedən yolda Şəhid Süleymaninin məzarını ziyarətə gedən insanlarn bir qrupunun şəhadəti ilə nəticələnən terror hadisəsində dünyasını dəyişmiş insanların ölümü ilə bağlı başsağlığı verdi.

İslam İnqilabının Rəhbərinin başsağlığı müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

İran xalqının cinayətkar düşmənləri yenə də faciə törətdilər, Kermanda, şəhidlər qəbristanlığının ətirli ərazisində əziz xalqımızın çoxlu sayda nümayəndəsi şəhid edildi. 

İran xalqı matəmə batdı, çoxlu sayda ailə öz əzizləri və ciyərparələrinə yas tutdu. Daş ürəkli cinayətkarlar xalqın öz böyük sərkərdəsi şəhid Qasim Süleymaninin qəbrinin ziyarətinə olan sevgisi qarşısında tab gətirə bilmədilər. Bilsinlər ki, Süleymaninin işıqlı yolunun əsgərləri onların rəzilliyi və cinayətinə dözüm göstərməyəcəklər. İstər əlləri günahsız insanların qanuna batanlar olsun, istərsə də onları bu azğın işə sürükləyən quldur və cani beyinlər, bundan sonra ədalətli cəzanın qəti hədəfində olacaqlar. Bilsinlər ki, bu faciənin sərt cavabı olacaq, Allahın zini ilə.

Faciə üz vermiş ailələrin dərdinə şərik olduğumu bildirir, Allah-taaladan onlara səbir və təsəlli diləyirəm. Şəhidlərin pak ruhları, inşallah, iki aləmin xanımı, şəhidlər anası həzrət Siddiqeyi-Tahirənin (s.ə) qonağıdırlar. Yaralıların ağrı-acılarının öz ağrı-acım olduğunu bildirir, Allahdan onlara şəfa diləyirəm.

Seyid Əli  Xamenei
13.10.1402 (03.01.2024)

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /