Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yeni nəsil üçün namazın öyrədilməsi yollarının hamarlaşdırılması zəruridir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 30-cu Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətində bu böyük vacibin müsəlman fərdi və cəmiyyətinin cari ehtiyaclarından daha üstün bir ehtiyac, insan üçün ruh və hava kimi vacib olduğunu dedi: “Gənclər və yeniyetmələrlə iş üzrə təşkilatların rəhbərləri namazın öyrədilməsi, qılınması və daha keyfiyyətli edilməsi yollarını gənclər üçün hamarlaşdırmalıdırlar”.

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd aləmlərin rəbbinə məxsusdur. Allahın salavat və salamı olsun Muhəmmədə, onun pak ailəsinə, xüsusilə Bəqiyyətullaha (canımız ona fəda olsun)

Bu bərəkətli hərəkatın banisi ayıq və mücahid alim Qəraətiyə səmimi qəlbdən təşəkkür edirəm.

Namazı müsəlman fərdi və cəmiyyətinin cari ehtiyaclarından hesab etmək olmaz. Bu böyük vacib həmin ehtiyaclardan daha üstün rola malikdir. Allaha görə edilən bütün ibadət və xidmətlərin qəbulunun namazın qəbulundan asılı olması, Peyğəmbərə namaz əmrinin verilməsi və ondan namazda israrlı olmasının tələb edilməsi, namazın saleh bəndələrin hakimiyyətinin ilkin şərti hesab edilməsi, Quranda namaza və onun qılınmasına digər vaciblərdən daha çox israr göstərilməsi bu ilahi əmrin misilsiz bir mövqeyə malik olduğunu göstərir.

Gənc nəsil və yeniyetmələr arasında namaza rəvac verilməsi bu ilahi nemətin yayılmasının və öz layiqli yerini tutmasının açarıdır. Ailələrdən tutmuş məktəblərə, universitetlərə, idman arenalarına, məktəb və universitet alimlərinə, məscidlərin bəsici cəmiyyətlərinə, bütün bəsici şöbələrinə, quruculuq cihadı birliklərinə, cihad qrupları və sairəyə qədər - gənc və yeniyetmələrlə iş üzrə bütün təşkilatların rəhbərləri özlərini “Namaz qılın” əmrinin müxatəbi bilməli, namazın öyrədilməsi, qılınması və keyfiyyətli edilməsi yollarını gənclər üçün hamarlaşdırmalıdırlar. Namaza, məscidə, qəlbin hüzuru, namazın sözlərinin mənasına diqqət yetirilməsi, namazın hökmlərinin öyrənilməsinə cazibə bəxş etməli, həqiqi mənada namaz qılmalıdırlar. 

Allahdan hamınıza uğurlar diləyirəm.

Seyid Əli Xamenei
05 yanvar 2024

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /