Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Əlinin (ə) mövludu münasibəti ilə plakat

 

Əmirəl-möminin Əli (ə) barəsində çox danışılmışdır, lakin buna rəğmən bütün həqiqət hələ də deyilməmişdir. İndiyədək Əmirəl-möminin Əlinin fəzilətlərindən (Allahın salamı olsun ona) dilə gətirilənlər və qələmə alınanlar onun fəzilətlərinin hamısı deyildir, yalnız bir qismidir.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur: "Qardaşım Əlinin fəzilətləri saya sığmır". Yəni insanlar bu fəzilətləri saymağa qadir deyildirlər; bu iş adi insanın ağıl və dərkinin fövqündədir. Budur Əmirəl-möminin Əli (ə). Bizim isə örnək və nümunəyə ehtiyacımız vardır. Elə isə Əmirəl-mömininə (ə) bu baxışla baxaq.
13/May/2014

 

700 /