Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Rəhbər İmam Xomeyninin (r.ə) qəbrini və Şəhidlər Xiyabınını ziyarət etdi

İslam İnqilabının Qələbəsinin Fəcr ongünlüyü ərəfəsində İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İmam Xomeyninin (r.ə) qəbrini və Şəhidlər Xiyabanını ziyarət etdi.

İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) qəbrinin yanında fatihə oxuyub İran İslam Respublikasının banisi və onun yadigarının xatirəsini əziz tutdu.

Həzrət Ayətullah Xamenei habelə “7 tir hadisəsi”, 08 şəhrivər 1360-cı il tarixində baş nazirin ofisinda baş vermiş partlayışda həyatlarını itirmiş şəhidlərin məzarlarını ziyarət edib şəhid Behişti, şəhid Rəcai, şəhid Bahünər və onların şəhid yoldaşlarının xatirəsini hörmətlə andı.

İslam İnqilabının Rəhbəri İslam İnqilabı, Müqəddəs Müdafiə və Hərəmin müdafiəsi yolunda canlarını fəda etmiş şəhidlərin məzarını ziyarət etdi.

Həzrət Ayətullah Xameneinin ziyarət etdiyi şəhidlərdən biri də son vaxtlar sionist rejimin Dəməşqə hücumu zamanı şəhid olmuş şəhid Məhəmmədəmin Səmədinin məzarı oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /