Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dostları sevindirin, düşmənləri məyus edin

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Cümə günü 12-ci çağırış İslami Şura Məclisinə və 6-cı çağırış Xubriqan Məclisinə seçkilərin başladığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyədə yerli və xarici media vasitələrinin yüzdən artıq müxbir və operatoru qarşısında 110 saylı səyyar seçki qutusuna yaxınlaşaraq səs verdi.

İslam İnqilabının Rəhbəri öz səsini verdikdən sonra İran xalqına iki tövsiyə verdi: 1. Yaxşı işlərdə qabağa düşün, ilk saatlarda səs verin; 2. Bütün dairələrdə az yox, lazım olduğu qədər səs verin.

Həzrət Ayətullah Xamenei habelə İran xalqına müraciət edərək dedi: “Bilin ki, bu gün dünyada bir çox xalqların və siyasi mövqeyi olan şəxslərin baxışları İranın üzərindədir. Buna görə də dostları sevindirib, bədxahları məyus edin”.

İslam İnqilabının Rəhbəri hələ də seçkilərdə iştirak etməkdə tərəddüd edən insanlarla bağlı suala cavab verərkən böyük İran şairi Hafizin bir şeirinə işarə edərək dedi: “Xeyir işdə heç bir istixarəyə ehtiyac yoxdur”.

O, Allah-taaladan dilədi ki, seçkilər gününü İran xalqı üçün mübarək bir gün etsin, seçkilərin arzuolunan nəticələri İran xalqının xeyrinə tamamlansın.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /